Dünyanın ən böyük təyyarəsi ilə Bakıya gəldilər - Foto
28-05-2019 23:04
Baxış sayı:
5083

UEFA nümayəndələrini Avropa Liqasının final oyunu üçün Bakıya dünyada ən böyük sərnişin təyyarəsi gətirib. Muxalifet.az AZAL-ın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, nümayəndə heyəti paytaxtımıza “Airbus A380” layneri ilə gəlib. Qeyd edək ki, bu hava gəmisini qəbul etmək imkanına malik olan aeroportlar elə də çox deyil.