Dünyanın ən varlı və xəsis qadını…- REKORDLAR KİTABINA DÜŞDÜ
9-06-2018 10:35
Baxış sayı:
3259

Dünyanın ən xəsis qadını böyük britaniyalı Qenrietta Houlend 81 yaşında ürək çatışmazlığından vəfat edib.
Azərtac billionnews.ru saytına istinadla bildirir ki, qadın hətta Ginnesin Rekordlar Kitabına dünyanın ən xəsis adamı kimi düşüb. Vəfat edən gün qadının 4 milyard dollar varidatı olub.
Qenrietta ölkənin dəmir yolu şirkətlərinin aksiyalarının, eləcə də 8 mindən çox torpağın sahibi kimi tanınıb.
Maraqlıdır ki, Qenriettanın öz evi olmayıb. O, daim ən ucuz motellərdə yaşayıb, hətta ərzağa və dərmana da qənaət edib. Qenrietta geyim və ayaqqabıya da nadir hallarda pul xərcləyərdi. Milyarder qadın təzə qəzeti oxuduqdan sonra onu köşklərin birində satdırırdı. Mağazalarda isə 1 sentə görə satıcılarla saatlarla mübahisə etməkdən yorulmurdu.