Elmar Qasımov medalsız qaldı
30-08-2019 16:51
Baxış sayı:
8482

Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizəyə qatılıb.
Muxalifet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançının rəqibi yaponiyalı Aaron Volf olub. Görüş Volfun qələbəsi ilə yekunlaşıb. Təsəlliverici görüşdən məğlub ayrılan Qasımov, 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.