Erməni başçılarının Xankəndi səfərini önləmək üçün… - POLİTOLOQ

Ermənistanda 10 prezident və baş nazir dəyişsə də, seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq: birinci Xankəndinə gələcək, sonra Moskvaya ağalarının yanına uçacaq.
Muxalifət.az-ın xəbrinə görə, teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Ermənistanda bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur: “Ancaq bunu bilə-bilə biz də əllərimizi sallayıb Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik. XİN-nin hadisə baş verəndən sonrakı bəyanatları ilə uzağa gedə bilməyəcəyik, başqa addımlar lazımdır.
Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Bu səbəbi biz yaratmalıyıq. Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümünə səbəb olur. Bundan sonra “bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidir”.