Erməni deputatlar 5 milyona qanuni oğrunu azad etmək istədi

Ermənistan parlamentinin millət vəkilləri, o cümlədən Çarukyan blokunun 9 nümayəndəsi və Yelk blokunun üzvü Sasun Mikayelyan məhkəmədən şəxsi zəmanət vermək yolu ilə qanuni oğru Alik Banduryan barəsindəki həbs qətimkan tədbirinin aradan qaldırılması üçün müraciət edib.
Muxalifet.az xəbər verir ki, məlumatı Banduryanın vəkili də təsdiqləyib.
Deputatların hər birinə fərdi zəmanət 500 min dram girov hesabına başa gələcək. Belə olan halda isə millət vəkillərinin kriminal şəxsə görə 5 milyona qədər ödəməyə hazır olduğu bildirilir. Girov qoymaq üçün təklif irəli sürən digər millət vəkilləri Ararat Zurabyan, Artur Manukyan, David Manukyan, Sergey Baqratyan, Hrant Mədətyan, Vaqan Ayrapetyan, Tiqran Stepanyan, Araik Aqababyan, Merucan Simonyan olub.
Məhkəmə millət vəkillərinin təklifini geri çevirib.
Xatırladaq ki, Alik Noratusski adı ilə tanınan kriminal avtoritet Alik Banduryan 2016-cı ildə silahlı qarşıdurma zamanı Gevork Poqosyan və Muşeq Muşeqyanı qətlə yetirib. Hadisə zamanı ağır yaralanan Aram Petrosyan sağ qalıb.