"Erməni deputatlar arasında homoseksuallar var" - Ermənişünas alim

"Artıq Paşinyan hakimiyyətinə inam o qədər azalıb ki, erməni diasporunun üzvləri müharibə olmasını istəmirlər, sülh tərəfdarıdırlar. İtaliyadakı erməni diasporunun üzvü bildirir ki, biz torpaqları Azərbaycana qaytarmağa razıyıq, çünki biz artıq Ermənistana yardım etməkdən bezmişik. 20 ildir İtaliyada yaşayıram və bütün qazandığımı Ermənistana göndərirəm, lakin heç bir irəliləyiş yoxdur."
BiG.AZ bildirir ki, bu sözləri saytımıza açıqlamasında ermənişünas alim, politoloq İsmayıl Tanrıverdi bildirib. O Ermənistandakı mövcud vəziyyəti və erməni mətbuatında yazılanları dəyərləndirərkən deyib ki, Ermənistandakı vəziyyət pisdir, insanların hakimiyyətə olan inamı azalıb, bu da günü gündən nümayişlərin, mitinqlərin artmasına gətirib çıxarır:
"Bu ayın 15-dən başlayaraq bütün Yerəvanda polislər gücləndirilmiş iş rejiminə keçiblər. Çünki nümayişlər, mitinqlər ara vermir. Kiçik bir narazılıq olan kimi insanlar küçələrə axışırlar, şüarlar səsləndirirlər. Paşinyanın əleyhinə "paşinyan rədd olsun" kimi şüarlar səsləndirirlər. 2 milyonluq Ermənistanda qəzalar, cinayətlər, bıçaqlanma hadisələri o qədər artıb ki, demək olar 10 milyonluq Azərbaycanla eynidir. Ölkədə homoseksuallar o qədər artıb ki, artıq onlar da öz hüquqlarını müdafiə etmək üçün nümayişlər keçirirlər. Erməni deputatlar arasında da homoseksuallar var. Bu deputatların arxivindən elə biabırçı videolar yayılır ki, insanlar etiraz edirlər ki, bu deputat bizə nə xeyir verəcək?"
Politoloq həmçinin bildirib ki, ölkənin siyasi vəziyyəti də qarmaqarışıqdır:
"Dağlıq Qarabağ separatçı rejimi ilə Paşinyan arasında da anlaşılmazlıqlar var. Həmçinin bugün keçiriləcək Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında keçiriləcək görüşlə bağlı da yazırlar ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də heç bir nəticə gözləmirik".