Erməni hərbçilər qəzaya düşdü: Ölən var - Foto

Baxış sayı:
19369

Ermənistanın Sünix vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində Meğri-İrəvan yolunun 82-ci kilometrliyində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil “QAZ” maşını ilə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralı halda tibb mərkəzinə çatdırılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan faktı təsdiqləyib. Onun sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar. Faktla bağlı cinayət işi başlanılıb.