Erməni snayperləri hərbi texnikamızı yenə ATƏŞƏ TUTDU

Baxış sayı:
1777

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. 2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.