Ermənistan həbsxanasında 3 məhbus aclıq aksiyası keçirir
1-03-2019 18:23
Baxış sayı:
8302

Ermənistanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində 3 məhbus aclıq aksiyası keçirir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müəssisənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Nona Navikyan bildirib.
Məhbuslar Karen Ovanisyan, Vaçaqan Avdalyan və Muşeq Mxitaryan barələrində çıxarılan hökmə etiraz edirlər və cinayət işinin yenidən məhkəməyə qaytarılmasını istəyirlər.
Məlumata görə, K.Ovanisyan fevralın 10-da aclıq aksiyasına başlayıb. Daha sonra ona iki məhbus da qoşulub.