Ermənistan Naxçıvanın işğalı üçün HƏRƏKƏTƏ KEÇƏCƏK - Dəhşətli planın ÜSTÜ AÇILDI
6-06-2018 13:55
Baxış sayı:
5734

Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, erməni politoloq Levon Şirinyan bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib.
“Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın “erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, mayın 20-də erməni hərbi birləşmələrinin Naxçıvan istiqamətində hücuma keçməsi də təsadüfi deyildi.