Ermənistan Suriyada "Asala"nı canlandırmaq istəyir!

Baxış sayı:
9205

Suriyanın şimalındakı Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi Nubar Ozanyan adındakı erməni birliyinin qərargahından yeni görüntülər ortaya çıxıb.
 
Türkiyənin cənub sərhədlərində təsirini artıran və PKK ilə əməkdaşlıq edən erməni təşkilatının yeni görüntüləri yayımlanıb.
Alınan məlumata görə, əvvəlcə 90 adamdan ibarət olan təşkilat indi 500-ə yaxın üzvü olan bir təşkilata çevrilib. Ermənistanın birbaşa dəstək verdiyi qrup Suriyanın şimal və Türkiyənin cənub sərhədlərində gün getdikcə böyüyür. Əvvəlcə Haseki bölgəsində qurulan erməni qrupu, artıq Kamışlı, Resulayn, Amude, Tel Abyad, Aynularab və Resulayn bölgələrində yerləşəcəyi ifadə edilir.
 
ASALA-nı canlandırmaq istəyirlər
 
Suriyada qurulan erməni təşkilatı terror təşkilatı ASALA-nı özü üçün öndər olaraq görür. Ayrıca Suriya müharibəsi əsnasında uzun illərdir bölgədə yerləşən ermənilərin bir qisimi bu təşkilata qatılmış, 13 mindən çox Suriya ermənisi isə Azərbaycanının işğal altındakı torpaqları Qarabağa yerləşdirildiyi ifadə edilir. Suriyada qurulan erməni qrupuna dəstək üçün Ermənistandan hərbi məsləhətçilərin də bölgəyə göndərildiyi qeyd edilir.
Ermənistan Xarici İşlər Nazirliyi və təhlükəsizlik mənbələri əvvəlcə söz mövzusu erməni qrupun varlığını və onları dəstəklədiklərini gizlətsə də, indi artıq bu gerçək gizlədilmir və Ozanyan qrupu Ermənistan dövlət bayrağını asır, qərargahlarında Ermənistanın rəsmi bayraqlarını istifadə edir.


 
PKK ilə Ermənistanın əməkdaşlıq yeni deyil!
 
Digər yandan, PKK ilə ermənilərin radikal qrupları arasındakı əlaqə bununla məhdud deyil. Azərbaycan ilə Ermənistan arasındakı qarşıdurmaların davam etdiyi Dağlıq Qarabağda da PKK ilə erməni güclərinin əməkdaşlığı mövcuddur. Qarabağda yaşanan qarşıdurmalarda Kandil və Qamışlıdan gələn hərbi birliklər Ağrıdan Ermənistana keçmişdi. Sevan gölü bölgəsindən PKK üçün ayrılan Vardenis Düşərgəsinə keçən 400 nəfərlik PKK qrupu Qarabağda döyüşün şiddətlənməsiylə birlikdə isti bölgələrə göndərilmişdi.
Müxalifət.az