Ermənistan vətəndaşı özünü hökumət binasının qarşısında yandırmaq istəyib
25-02-2019 17:13
Baxış sayı:
4435

Ermənistanın Qezanist kəndinin sakini Andranik Adilxanyan paytaxt Yerevanda hökumət binasının qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd göstərib.
Muxalifet.az “Növosti Armeniya”ya istinadən xəbər verir ki, binanın təhlükəsizliyini təmin edən polis əməkdaşları onun özünü yandırmasının qarşısını alıblar.
Hadisənin səbəbi məlum deyil.