Ermənistanda daha bir hərbçi öldü
13-03-2019 11:47
Baxış sayı:
11146

Ermənistan silahlı qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət keçən 2000-ci il təvəllüdlü hərbi qulluqçu Hamlet Avaqyan ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan ordusunun hərbi quluqçusu sərhəddin şimal-şərq hissəsindəki hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən naməlum səbəbdən ölüb. Ovannisyan məsələ ilə bağlı aidiyyatı qurumların tezliklə bəyanat verəcəklərini deyib./Azvision