Ermənistanda mer və müavini HƏBS OLUNDU
31-05-2018 16:27
Baxış sayı:
1333

Ermənistan polisi Masis şəhərinin meri David Ambartsumyan və müavini Karen Ohanyanı həbs edib.
Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, polis İrəvanda baş verən iğtişaşlarla bağlı 5 nəfəri həbs edib. Masis şəhərinin meri və müavini də həbs olunanların arasındadır.