F-35-lərin gizli sənədləri mətbuata sızdı! Türkiyə risk altındadır

Baxış sayı:
9985

ABŞ-ın bir müdafiə xəbərləri saytı Türkiyə ilə ABŞ arasında böhrana səbəb olan F-35 proqramıyla əlaqədar kritik bəzi sənədləri ələ keçirib. Xəbərə görə, F-35-lərdə hələ də bəzi səhv və qüsurlar var, düzəldilmədiyi təqdirdə bunlar pilotların təhlükəsizliyini riskə ata bilər. “Defencenews” saytının ələ keçirdiyi sənədlərdə, söz mövzusu səhvlərin təhlükəsizliyi və F-35 missiyasına təsir edəcək böyük səhvlər olaraq müəyyən olunan 1-ci kateqoriyada yer aldığı görülür. F-35B və F-35C tipli təyyarələrin pilotları gövdəyə zərər verməməsi üçün hava sürəti mövzusunda bəzi məhdudlaşdırmalara uyğun gəlmək məcburiyyətindədir. Kokpit içi təzyiqin ani yüksəlməsi 'dözülməz' qulaq və sinüş ağrısına səbəb olur. Kaskaya ilişən göstərici və gecə görmə kamerasıyla əlaqədar məsələlər, F-35C-lərin təyyarə gəmisinə enişlərini çətinləşdirir. Xəbərə görə, ən ciddi 13 səhvin detallarıyla müəyyən olunduğu ifadə edilərkən, bu problemlərin böyük qisiminin ictimaiyyətə açıqlanmadığı qeyd olunub. Türkiyə daxil, 11 ölkəyə təsir edə bilər Söz mövzusu səhv və əskiklərin yalnız ABŞ ordusunu deyil, Türkiyə, Avstraliya, Belçika, Danimarka, İtaliya, İsrail, Hollandiya, Norveç, Yaponiya, Cənubi Koreya və Britanyaya da təsir etdiyi qeyd olunub. 2019-un sonuna qədər ABŞ Müdafiə Nazirliyinin səlahiyyətliləri F-35-lərin inkişaf etdirmə mərhələsini sonlandırıb sonlandırmayacağı və tam sürətli istehsala keçib keçməyəcəyi mövzusunda kritik bir qərar verəcək. Bu müddət boyunca, 2018-də 91 təyyarə istehsal edən Lockheed Martın firması 2023-ə qədər bu rəqəmi illik 160-a çıxaracaq. Müxalifət.az