F-35A döyüş təyyarələrinin təhvili üçün TÜRKİYƏYƏ RƏSMİ DƏVƏT GƏLDİ

Baxış sayı:
7744

Türkiyənin, Rusiyadan S-400 hava müdafiə raketləri almasına təpki olaraq bəzi Amerikalı senatorların Türkiyəyə verilməsinə qarşı çıxdığı beşinci nəsil F-35A müştərək hücum təyyarəsinin (Joint Strike Fighter) 21 iyundakı ilk təhviliylə bağlı Türkiyə rəsmilərinə dəvət göndərilib.
 
F-35-lərin əsas istehsalçısı “Lockheed Martin”-in rəsmi dəvət mətnində, "Lockheed Martin” olaraq 21 iyun 2018-ci ildə” Fort Worzh”da keçirəcəyimiz “Türkiyə Cümhuriyyəti F-35 Təhvil Mərasimi”ndə sizləri yanımızda görməkdən məmnun olacağıq” deyə, qeyd edilib.
Dəvət mətnində 21 iyun günü əvvəl ziyafət, sonra da ilk təyyarənin təslim mərasiminin keçiriləcəyi qeyd olunub. Türkiyəyə təslim ediləcək ilk F-35A, pilot təliminin başa çatmasından sonra 2019-un noyabrında Türk Hava Qüvvələrinə təslim ediləcək. Digər təyyarələr də müəyyən intervalla gəlməyə başlayacaq.
Müxalifət.az