FETÖ-nun Türkiyə imamı ələ keçirildi
28-08-2019 21:53
Baxış sayı:
13574

İstanbulda Milli Kəşfiyyat Təşkilatı və polisin ortaq əməliyyatı nəticəsində FETÖ-nun Türkiyə imamı yaxalanıb.
Axar.az xəbər verir ki, polis yaxalanan şəxsin adını açıqlamayıb. Onunla bərabər həyat yoldaşının və FETÖ-nun müxtəlif qrupları arasında əlaqə yaratdığı iddia edilən qızının da saxlanıldığı vurğulanıb.
Saxlanılan şəxslərin yaşadığı ünvanlarda aparılan axtarış zamanı 6800 lirə, 2680 dollar, 15980 avro, 2 saxta pasport, çoxlu sayda texniki vasitə ələ keçirilib.