FETÖ-ya qarşı ABŞ-da İLK ÜSYAN

Baxış sayı:
3076

ABŞ-da vaqf adı altında 170 məktəb işlədən və dövlət təhsil yardımlarını təşkilata ötürən FETÖ, Massaçusets ştatında yeni bir məktəb açmaq istəyəndə böyük bir etirazla üzləşib.
 
ABŞ-ın Massaçusets ştatının West Sprinqfilds şəhərində FETÖ ilə əlaqəli şəxslər məktəb açmaq hazırlığına başlayanda gözləmədikləri bir etirazla qarşılaşıb. Bölgənin bələdiyyə sədri, deputat senatorlar məktəbin açılmasını dayandırmaq üçün hərəkətə keçib. West Sprinqfilds-in bələdiyyə sədri Uilyam Reichelt, xəbərdarlıqlara baxmayaraq açılışına razılıq verilən məktəbin FETÖ ilə əlaqəsini öyrəndikdən sonra xalqı əyalət valisinə təzyiq etmək üçün təşviq edib. Bələdiyyə sədri, "Dövlət təhsili üçün ayrılan vəsaitlərimizin, ABŞ-ın müttəfiqi olan bir ölkədə hakimiyyəti devirməyi hədəfləyən terrorçu bir məktəbə verilməsini istəmirik. Dövlət çevrilişinə cəhddə tətbiq olunan zorakılıq qorxuncdu. Bu çevriliş cəhdini törədənlərin Amerikada müqaviləli məktəbə malik olan şəxslər olduğunu bilmirdik" deyib.
Müxalifət.az