FHN helikopterləri havaya qaldırdı - Axtarışlar
27-02-2018 19:53
Baxış sayı:
9100

İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışlar Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində aparılır. Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.