Final görüşü başladı: "Qəbələ", yoxsa "Keşlə"? - Yenilənir

Bu gün Azərbaycan kubokunun qalibi bəlli olacaq.
Muxalifet.az xəbər verir ki, Qəbələdə keçirilən həlledici qarşılaşmada eyniadlı komanda ilə “Keşlə” üz-üzə gəlir.
Bunadək nə “Qəbələ”, nə də “Keşlə” Azərbaycan kubokuna sahib çıxıb. Əyalət təmsilçisi daha əvvəl 2 dəfə finalda meydana çıxıb. Amma “Qırmızı-qaralar” həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub.
“Keşlə” isə əvvəlki adı “İnter” kimi 4 dəfə final həyəcanı yaşayıb. Paytaxt klubu bütün hallarda meydanı məğlub tərk edib və kuboka həsrət qalıb. Komanda “Bakı”ya, “Qarabağ”a və 2 dəfə “Xəzər Lənkəran”a yenilib.
Final qarşılaşmasından sonra növbəti mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların siyahısı tam dəqiqləşəcək. Belə ki, “Keşlə” kuboku qazanmaqla yanaşı, həm də Avroliqaya vəsiqə qazanacaq.