Fələstin lideri Mahmud Abbas ABŞ tədbirinə “yox” dedi

Baxış sayı:
6103

Fələstinin dövlət başçısı Mahmud Abbas ABŞ-ın təşəbbüsü və təşkilatçılığı ilə Bahreyndə keçiriləcək olan iqtisadi foruma qatılmayacağını bəyan edib.
 
Fələstin xəbər agentliyi “WAFA”-ya görə, Abbas İordaniyanın paytaxtı Əmmanda Bahreyn kralının nümayəndəsi Abdullah bin Hamed əl Xəlifə ilə bir araya gəlib. Abbas bin Hamedə söz mövzunu foruma qatılmayacağını bildirib.
Ölkəsinin söz mövzusu forumun təşkilatçılığını deyil, yalnız ev sahibliyini etdiyini ifadə edən bin Hamed isə Bahreynin Fələstin məsələsinin 1967 sərhədlərində iki dövlətli həll və beynəlxalq qərarlar təməlində həll edilməsindən yana olduğunu vurğulayıb.
Bin Hamed, dünyanın ən haqlı məsələsi olan Fələstin məsələsinin yalnız siyasi yollardan həll edilə biləcəyini qeyd edib.
Qeyd edək ki, Abbas dünən etdiyi açıqlamada, ABŞ-ın "Əsrin Müqaviləsi" layihəsi ilə Bahreynin paytaxtı Manamada gələn ay təşkil edilməsi planlanan iqtisadi forumla əlaqədar "Əsrin utancının da, Bahreyndəki forumun da cəhənnəmə qədər yolu var" demişdi.
Müxalifət.az