“Fənərbağça” daha bir futbolçusunu satdı – Rəsmi

Baxış sayı:
2239

Bir neçə gün öncə Juliano ilə yollarını ayıran “Fənərbağça” daha bir braziliyalı futbolçu ilə vidalaşıb.

Qol.az-ın klubun rəsmi saytına istinadla yaydığı xəbərə görə, İstanbul təmsilçisi Jozef de Souzanı Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna satıb. “Sarı-lacivərdlilər” bu satışdan 12,5 milyon avro gəlir götürəcək.

Qeyd edək ki, 29 yaşlı yarımüdafiəçi 2015-ci ildən “Fənərbağça”da çıxış edirdi.