Əfqanıstan hökuməti "Taliban"la birbaşa danışıqlara başlayır

Baxış sayı:
1963

Əfqanıstanın sülh məsələləri naziri Əbdül Salam Rahimi yaxın iki həftə ərzində radikal "Taliban" hərəkatının üzvləri ilə birbaşa danışıqlara başlayacaqlarını bəyan edib. "Report" 1TV telekanalına istinadən xəbər verir ki, danışıqlar Avropa ölkələrindən birinin paytaxtında aparılacaq. Rahimi bildirib ki, hazırda rəsmi Kabili təmsil edəcək 15 nəfərdən ibarət danışıqlar qrupunun formalaşdırılması üçün məsləhətləşmələr aparılır.