Əfqanıstan sərhədində 2 ölkə ordusuna HƏYƏCAN VERİLDİ
16-03-2018 11:44
Baxış sayı:
3241

Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd ərazidə genişmiqyaslı birgə təlimlər keçirib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Zvezda” informasiya yayıb.
Təlimlər Əfqanıstan-Tacikistan sərhədindən 15 kilometr aralıda yerləşən “Harbmaydon” poliqonunda baş tutub. Hərbçilər Suriyadakı döyüş təcrübəsini nəzərə alaraq, qeyri-qanuni silahlı qruplarla mübarizə aparmaq üçün birgə əməliyyat zamanı planlaşdırma, idarəetmə və qarşılıqlı əlaqə üzərində çalışıblar.