Əfqanıstanda 20 nəfəri sel apardı, itkin düşənlər var
3-03-2019 20:34
Baxış sayı:
1420

Əfqanıstanın Qəndahar əyalətində şənbə günü baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, daşqın nəticəsində uşaqlar da daxil olmaqla azı 10 nəfər itkin düşüb, 2 minə yaxın evə ziyan dəyib.
Qəndahar əyalətinin qubernator müavini Əbdul Monibin sözlərinə görə, bu son 7 ildə baş vermiş ən güclü təbii fəlakətdir.
Ordu 400 ailəni daşqın bölgəsindən təxliyə edib. İtkin düşənlərin axtarışları davam edir.