​Əfqanıstanda 70 terrorçu məhv edilib

Baxış sayı:
10957

Əfqanıstan müdafiə nazirliyi son sutka ərzində məhv edilən terrorçularla bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Əfqanıstanın bir neçə vilayətində keçirilən əməliyyatlar zamanı 70 terrorçu məhv edilib.
Nazirliyin xəbərinə əsasən, Əfqanıstanın hərbi-hava qüvvələri terrorçuların olduğu rayonlarda 73 hücum həyata keçirib.
Antiterror əməliyyatları ölkənin 16 vilayətində həyata keçirilib. Əfqanıstan təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verilmir.