Fransa hökuməti və həmkarlar təşkilatları arasında pensiya islahatları mövzusunda qarşıdurma

Fransa hökuməti və ölkədəki həmkarlar təşkilatlarının rəhbərləri yeni pensiya islahatları layihəsi ilə bağlı müzakirələr aparıblar. Muxalifet.az xəbər verir ki, müzakirələrdən sonra Baş Nazir Eduard Filip hökumətin xüsusi pensiya sisteminin ləğvi məsələsinin müzakirə mövzusu olmayacağını bir daha bəyan edib. Bildirib ki, hökumət pensiya yaşı ilə bağlı danışıqlara hər zaman açıqdır. Hökumət pensiya islahatları ilə əlaqədar dörd məsələ ilə bağlı (peşə riskləri, minimum əməkhaqqı, yeni sistemə keçid və karyeranın sonu) müzakirələrə açıq olduğunu bildirib. Müzakirələrdən məyus çıxan həmkarlar təşkilatlarının rəhbərləri hökumətlə razılaşma əldə olunmadığını bildirərək, 2020-ci il yanvarın 9-na növbəti ümumi aksiyaya çağırış ediblər. Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) dekabrın 24-25-də sürət qatarlarının yalnız 41 faizinin fəaliyyət göstərəcəyini bəyan edib. Sərnişinlərə qatar biletlərini dəyişmək tövsiyə olunub. Muxalifet.az