Fransa məmurları çöldə yatacaq - ETİRAZ
27-02-2018 18:50
Baxış sayı:
9091

Fransanın 50-yə yaxın dövlət məmuru evsizlərin probleminə diqqət çəkmək üçün bütün gecəni çöldə yatacaq.
Muxalifət.az xəbər verir ki, belə təşəbbüslə Etamp kommunası sədrinin müavini Eson Mama Si çıxış edib.
"Ötən il küçələrdə 500 adam ölüb. 2018-ci ildə təkcə Parisdə 13 nəfər evsiz vəfat edib. Bu səbəbdən fevralın 28-də 50-yə yaxın dövlət məmuru Austerlitz vağzalı yaxınlığında küçədə yatacaq", – deyə Si bildirib.
Qeyd edək ki, Parisdə təxminən 5 min evsiz insan yaşayır.