Fransada hicab qalmaqalı!

Fransada bir idman mağazası ticarət etməyi planlaşdırdığı qadınların idman edərkən taxa biləcəyi hicabın satışını bəzi nazir, siyasətçi və ifrat sağçı müştərilərin irqçi davranışları səbəbindən ləğv edib.
İdman mağazası “Decathlon”-un kommunikasiya direktoru Xavier Rivoire mətbuata verdiyi açıqlamada, internet saytında təqdimatı keçirilən və mart ayı etibarilə yaxşı satılması planlaşdırılan hicabların irqçi təpkilər səbəbiylə satmaqdan imtina etdiklərini deyib.
“Decathlon”-dan edilən açıqlamada da, bu sözügedən hicabın bəzi qadınların ehtiyacına cavab vermək üçün istehsal edildiyi bildirilərək satılmaq istənən hicablara görə mağazada çalışan şəxslərin təhqir və təhdidlərə məruz qaldığı qeyd edilib.
Fransanın maliyyə naziri Jerar Darmanin mövzuyla bağlı etdiyi açıqlamada, "Qadınların azadlığını ticarət azadlığından üstün tuturam" deyə irqçi və absurd fikir bildirib.
Müxalifət.az