Fransada məscidə silahlı hücum! Yaralılar var...

Baxış sayı:
10927

Fransanın Brest şəhərindəki bir məscidin qarşısında açılan atəş nəticəsində biri məscid imamı olmaqla, 2 adam yaralanıb. Təcavüzkar isə avtomobilinin yanında ölü tapılıb.
 
Fransız mətbuatında gedən xəbərlərdə, Müsəlmanların sıx olaraq yaşadığı Brestin Pontanezen Məhəlləsində bir adamın məscid qarşısında atəş açması nəticəsində biri məscid imamı olmaqla, 2 adamın yaralandığı ifadə edilib.
Xəbərə görə, hadisədən sonra avtomobilə doğru qaçan təcavüzkar daha sonra avtomobilinin yanında ölü tapılıb.
Yaralılar xəstəxanaya qaldırılıb, hadisə ilə əlaqədar istintaq başladılıb.
Fransanın Daxili İşlər naziri Xristifor Castaner mövzu ilə bağlı sosial media hesabında etdiyi açıqlamada, qubernatorlardan ölkədəki ibadətxanaların təhlükəsizliyinin artırılmasını istəyib.
Müxalifət.az