Fransadan Səudiyyə Şahzadəsinə HƏBS QƏRARI

Baxış sayı:
3340

Fransada Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın bacısı Hussat haqqında həbs qərarı verilib.
 
“Le Point" jurnalının internet saytında yer alan xəbərdə, Şahzadə Hussat haqqında, Parisdəki yaşayış binasına çağrılan bir təmirçi ilə yaşanan gərginlik səbəbindən həbs qərarının verildiyi qeyd olunub.
 
ÇAĞIRDIQLARI TƏMİRÇİ DAİRƏNİN FOTOŞƏKİLLƏRİNİ ÇƏKİB
 
Xəbərə görə, keçən il sentyabr ayında Şahzadə Hussatın Parisin “Foch” Bulvarındakı yaşayış binasına çağırdıqları təmirçinin dairənin fotoşəkillərini çəkdiyini görüblər.
Şahzadə Hussat və yaxın qorumasının müdaxilə etdiyi təmirçinin mətbuat orqanlarına satmaq üçün dairənin fotoşəkillərini çəkdiyi və bu səbəblə də döyüldüyü, saatlarla sorğu-sual olunduğu, materiallarına əl qoyulduğu irəli sürülüb.
 
ŞAHZADƏ HAQQINDA HƏBS QƏRARI VERİLDİ
 
Dekabr ayının əvvəlində Şahzadə Hussatın qoruması haqqında istintaq başladıldığı bildirilən xəbərdə, Şahzadə Hussat haqqında da Paris prokurorluğu tərəfindən həbs qərarının verildiyi qeyd edilib.
Yanvar ayında da Səudiyyə Ərəbistanının kral ailəsinin mənsubu 43 yaşlı İslamın bint Xalid əl Səud, Champs-Elysees (Şanzelize) Küçəsindəki bir otelə zorla girmək və keşikçiyə şillə vurmaq ittihamı ilə saxlanılıb.
Müxalifət.az