Fransız polisi də MAKRONA QARŞI ÇIXDI

Ölkənin iqtisadi tənəzzül yaşamasına səbəb olan MaKron hökumətini etiraz edənlərə zor tətbiq edən Fransız polisi də tətilə qoşulub.
Fransada dünənə qədər dinc nümayişçilərə zor tətbiq edən polislər, 80 həmkarlar ittifaqından sonra onlar da tətilə qoşulmaq qərarı veriblər. Aclıq həddində yaşayan xalqın üsyanına dəstək verən polislər, paytaxt Parisin 13-ci bölgə polis idarəsinin qarşısında toplaşıb.
POLİSLƏR DƏ TƏTİLƏ QOŞULUB
Fransa prezidenti Makron və hökumətin siyasətini tənqid edən polislər, iş fəaliyəti şərtlərinin ağırlığı və maddi problemlər səbəbindən "artıq bəsdir” demə səviyyəsinə gəldiklərini söyləyib.
Polislər, iş saatlarının çoxluğundan və vəzifələrinin yorucu hala gəldiyindən şikayətlənərək, çox gec saatlara qədər çalışdıqlarını və bu səbəblə ailə və ya şəxsi həyatlarının olmadığını dilə gətiriblər.
NÜMAYİŞLƏR 3 AYDIR Kİ, DAVAM EDİR
Yeni təhlükəsizlik işçilərinin işə alınmasını tələb edən polislərdən üçü, pijama ilə bina önünə yerləşdirilən bir yatağa girərək hökumətə etiraz edib.
Fransada Makron və hökumətin siyasətinə etiraz məqsədi ilə çox sayda sektor əməkdaşı təxminən 3 aydır tətil və nümayiş keçirir.
Müxalifət.az