​FSB Dərbənddə genişmiqyaslı AXTARIŞLAR APARIR

Baxış sayı:
8122

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda narkobaronların evində genişmiqyaslı axtarışlara başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik axtarışların Dərbənddə aparıldığını bildirib. Axtarışda FTX-nın 150 əməkdaşı iştirak etdiyi və onların 23 evi yoxladığı vurğulanıb.
Qeyd edək ki, bu ilin əvvəlindən Dağıstanda genişmiqyaslı yoxlamalar aparılır. Yoxlamalar nəticəsində 70 cinayət işi açılıb və bir sıra yüksək vəzifəli şəxs, o cümlədən baş nazir həbs edilib.