FƏTÖ ilə bağlantısı olan şəxs barəsində MƏHKƏMƏ QƏRARI - Türkiyə ABŞ-ın adamını həbsdə saxladı

Baxış sayı:
25846

Türkiyə məhkəməsi ABŞ-ın adamı olan və FETÖ şəbəkəsi ilə əlaqələri olduğu iddia olunan şəxsi həbsdən buraxmayıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, İstanbulun ağır cinayətlər məhkəməsində ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuzun məhkəmə prosesi davam etdirilib.
Xatırladaq ki, Mətin Topuzun FETÖ-çu prokuror Zəkəriyyə Özlə iki dəfə görüşməsi faktı ortaya çıxıb. ABŞ konsulluğunun əməkdaşı bu səbəbdən həbs olunub.
Mətin Topuzun vəkili Salman Abbas çıxışı zamanı deyib ki, Topuzun atası və oğlu da konsulluqda çalışıb. O, Topuzun FETÖ şəbəkəsinə bağlanmasının mümkünsüz olduğunu ifadə edib.
Müştərisinə irəli sürülən ittihamları rədd edən vəkil Topuzun azadlığa buraxılmasını tələb edib.
Hakim heyəti müşavirədən sonra yekdilliklə Mətin Topuzun həbsdə qalması haqda qərar çıxarıb.
Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində ABŞ-ın İstanbuldakı baş konsulu da iştirak edib və göz yaşlarını saxlaya bilməyib. Amma bunun da heç bir köməkliyi olmayıb.