​“Fuad Abbasov Türk dünyasının fəxri və qürur mənbəyidir!”- TANINMIŞ İDMANÇIDAN JURNALİSTƏ DƏSTƏK

Baxış sayı:
7267

9 qat Dünya çempionu, 3 qat Avropa çempionu Araz Musayev və Vəkillər Kollegiyasının üzvü Ramil Rüstəmov Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasova dəstək müraciəti yayıblar.
Muxalifet.az həmin müraciəti olduğu kimi təqdim edir:

““Həmyerlimiz, fəxrimiz olan Rusiya Federasiyasında yaşayan Fuad Abbasova qarşı erməni düşmənlərimiz tərəfindən onun həbs olunması, ona qarşı sui-qəsd edilməsi kampaniyası aparılır. Bildirirəm ki, Fuad Abbasov həmişə Azərbaycan Xalqının və ümumilikdə Türk dünyasının maraqları uğrunda mübarizə apararaq, bizi layiqincə təmsil edir. Fəxrimiz olan Fuad Abbasovun müdafiə olunması üçün bütün türk dünyasına, xüsusən Rusiya Federasiyasında yaşayan türk və azərbaycanlı qardaşlarımıza müraciət edirik! Fuad Abbasov Türk dünyasının fəxridir və qürur mənbəyidir! Qardaşımız Fuad Abbasova qarşı sui-qəsdin qarşısının alınması və onun təhlükəsizliyinin təmin olunması üçün Rusiya Federasiyasının rəhbərliyinə müraciət olunması məqsədi ilə imza toplanması kampaniyasına başladıq!
Fuad Abbasov özü çıxışında bildirmişdir ki, "məni həbs etsələr, ailəm kirayələrdə qalmağa məcbur olacaq". Buna görə də ona maddi dəstək olmaq üçün sizə təqdim etdiyimiz AZN, USD, EUR, RUB, GBR  hesablara 1 manatdan başlayaraq  pul köçürülməsi kampaniyasına başladıq! Alınacaq mənzil hamının gözü qarşısında qardaşımız Fuad Abbasova təqdim ediləcəkdir!”