G-20-də sərt küləklər: İngiltərə Putinə təpki göstərdi

Baxış sayı:
12556

İngiltərənin baş naziri Teresa Mey ikitərəfli casus olan Sergey Skripal ilə qızı Yuliaya edilən kimyəvi hücumun şübhəlilərinin ədalət önünə çıxarılması üçün hər cür səyi göstərəcəklərini söyləyib. Osakakı G-20 Zirvəsi çərçivəsində Rusiya dövlət başçısı Vladimir Putin ilə reallaşdırdığı ikili görüşdən əvvəl BBC-yə açıqlama verən Mey, keçən il İngiltərənin Salisbury şəhərində Skripal ilə qızına yönəlik hücumla əlaqədar münasibət bildirib. İngiltərənin Rusiya hərbi kəşfiyyatında işlədiyini ortaya qoyduğu iki adamın reallaşdırdığını iddia etdiyi hücumu "alçaqcasına" deyə xarakterizə edən Mey, "Rusiya öz vətəndaşlarının ekstradisiyasına icazə vermir, ancaq bu iki adam üçün Avropada həbs əmri çıxarıldı və Rusiyanın xaricinə çıxdıqları təqdirdə ədalət önünə çıxarılmaları üçün hər cür səyi göstərəcəyik" deyə söyləyib. Rusiyanın "hərəkətlərinin fərqinə varması" lazım olduğunu ifadə edən Mey, "Rusiya dünya səviyyəsində pozucu davranışlarına bir son verməlidir. Buna dezinformasiya və siber hücumlar da daxildir" deyib. G-20 Zirvəsindən mətbuata əks olunan fotoşəkillərdə Mey ilə Putinin ikili görüşdən əvvəl əl görüşdükləri əsnada İngilis baş nazirin gülümsəməməsi və son dərəcə ciddi bir üz ifadəsi diqqəti çəkib. Görüşdən sonra bir açıqlama verilməyib. Müxalifət.az