G-20 zirvəsindən sonra Putindən kritik “Türkiyə” açıqlaması

Baxış sayı:
4240

Rusiya lideri Vladimir Putin Yaponiyanın Osaka şəhərində təşkil edilən G-20 Liderlər Zirvəsinin başa çatmasından sonra mətbuat konfransı təşkil edib.
 
Yığıncaqda, Suriyada Türkiyə ilə edilən əməkdaşlıqla bağlı bir suala Rusiya lideri belə cavab verib: ''Türklərlə hər gün ünsiyyət quracaq şəkildə işləyirik, bu baxımdan onlarla Amerikalılarla olduğundan daha sıx ünsiyyət içərisindəyik. Suriyada olan bütün hadisələri bilirik və bunların mənşəyini birlikdə tapmağa çalışırıq'.'
Ayrıca, Rusiya lideri Suriyadakı vəziyyəti Osakada Türkiyə prezidenti Ərdoğanla müzakirə etdiyini, ancaq danışığın məzmunuyla əlaqədar detalları mətbuat konfransında açıqlamaq istəmədiyini ifadə edərək “Vəziyyət nəzarət altındadır” deyə bildirib.
Müxalifət.az