G-7-də BÖHRAN BÖYÜYÜR: TRAMP RƏSMƏN QARŞIDURMANI BAŞLATDI

Baxış sayı:
2359

G7-nin son iclası boyunca beynəlxalq müqavilələrə əməl etməyə inandırmaq səyləri davam edən və sonda yekun bəyannaməsinə imza atılmasına nail olunan ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Trudeaunın açıqlamasına əsəbiləşərək bəyannaməni təsdiq etməyəcəyini bildirib və beləliklə də ticarət müharibəsini başlatmış olub.
 
Olduqca gərgin başlayan dünyanın 7 böyük iqtisadiyyatına məxsus Almaniya, ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanadanı bir araya gətirən G7 iclasları böhranla sona çatıb. G7 toplantısı boyunca beynəlxalq ticarətə qoyduğu əlavə vergilərə görə tənqid edilən ABŞ prezidenti Donald Tramp, öncə imza atdığı G7-nin kommersiya müqavilələrini əhatə edən yekun bəyannaməsini, sonradan təsdiq etməyəcəyini Twitter-dən bildirib. Bundan sonra isə Fransanın prezident ofisi, "Beynəlxalq əməkdaşlıq əsəb və düşünülməmiş bəyanatlarla diktə edilə bilməz" açıqlaması edib. Bütün bu baş verənlər artıq ticarət müharibələrində fitilin yandırıldığının da müjdəçisi olub.
 
BƏYANNAMƏDƏ NƏ VAR?
 
Bəyanatda, hər kəsi əhatə edən iqtisadiyyatın böyüməsinə investisiya qoyulmasının mənimsəndiyi, gələcəkdə təsirli olacaq iş və peşə sahələrinə hazırlıq aparılacağı, gender bərabərliyinin və qadınların mövqelərinin möhkəmləndirilməsinin inkişaf etdirilməsinə təkan veriləcəyi bildirilib. Daha dinc, sülh dolu və təhlükəsiz bir dünya qurmaq üçün əməkdaşlıq vurğulanan bəyanatda, iqlim dəyişikliyi və təmiz enerji məsələlərində birlikdə çalışma qərarı alındığı açıqlanıb.
Müxalifət.az