General: Rusiya Xəzərdən atdığı RAKETLƏ MESAJ VERDİ
22-05-2018 09:42
Baxış sayı:
6835

NATO-nun heç bir generalı səhər tezdən yuxudan durub, “Rusiya ilə müharibəyə başlamalıyıq” deməz.
Muxalifət.az xəbər verir ki, bunu “Onet” portalına müsahibəsində NATO-nun Avropadakı qoşunlarının keçmiş rəhbəri, amerikalı general Filip Bridlav deyib.
"Rusiya ordusu çox qısa müddətdə öz səhvlərindən nəticə çıxarmağı bacarır. Moskva bütün Avropa paytaxtlarına dəqiq siqnal göndərib ki, bizim raketlər Xəzər dənizindən Suriyaya uçur və lazım gələrsə, sizin ölkələrə də çatacaq. NATO üçün ən böyük çağırış alyansın fərqli ölkələrinin müdafiə sistemlərinin inteqrasiyasıdır”, – deyə o bildirib.