Gəncədə 40 yaşlı kişi intihar edib

Baxış sayı:
10650

Gəncə şəhərində intihar hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1979-cu il təvəllüdlü Sadiq Əsədov yaşadığı evdə özünü tavandan asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.