GORANBOYDA ŞƏHİDLƏRƏ QARŞI AYRI-SEÇKİLİK... – Şəhidlər Xiyabanının açılışı oldu, 7 şəhidin şəkli xatirə lövhəsinə vurulmadı
24-06-2022 19:10
Baxış sayı:
739

Bu gün Goranboy rayonunda Şəhidlər Xiyabanının açılışı olub.
Muxalifet.az Hurriyyet.az-a istinadən xəbər verir ki, açılış mərasimində böyük qalmaqal yaşanıb. Buna səbəb, rayon şəhidlərindən 7 nəfərin fotosunun xatirə lövhəsində yer almamasıdır. Bildirilir ki, həmin şəhidlərdən 3-ü rayonun Şəfəq kəndindən, 4-ü Qırxılıdandır.
Məlumata görə, Şəhidlər Xiyabanındakı xatirə lövhəsində 7 şəhidin fotosunun yer almaması ilə bağlı onların valideynləri və yaxınları Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyinə etiraz ediblər.
P.S. Mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.