GÖRÜNMƏMİŞ VƏHŞİLİK: Dəfn mərasimində 65 nəfər öldürüldü

Baxış sayı:
4120

Nigeriyada "Boko Haram" terror qruplaşmasının yaraqlıları dəfn mərasiminə hücum ediblər.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 65 nəfər qətlə yetirilib, daha 10-u yaralanıb.
Bildirilir ki, terrorçular Borno əyalətindəki mərasim yerinə basqın ediblər. Nigeriyanın şimal-şərqində yerləşən bu əyalət terorçuların əsas istinad nöqtələrindən sayılır.