Göyçayda iki uşaq anası özünü kanala atıb
17-07-2019 00:52
Baxış sayı:
8137

Göyçayda gənc qadın intihara cəhd edib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Rüstəmova Şahidə Zahid qızı özünü su kanalına ataraq intihara cəhd edib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki uşaq anası Ş.Rüstəmovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.