Göygöldə itkin düşən qadın tapıldı - ÖZÜ DƏ...

Baxış sayı:
11536

Göygöldə itkin düşən qadın tapılıb.

Muxalifet.az Trend-ə istinadən bildirir ki, hadisə iyunun 26-da Göygöl rayonunun Murovdağ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Əliyeva Xatun Qəşəm qızı evdən çıxıb və geri qayıtmayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Əliyevanın yeri müəyyən edilib və o iyunun 27-də tapılaraq ailəsinə təhvil verilib.