Gərginlik artır! Pakistan bütün hava sahəsini bağladı

Baxış sayı:
5842

Pakistan Hindistanla qarşıdurmalardan sonra bütün hava sahəsini bağladı.
 
Pakistan Mülki Aviasiya Təşkilatı ölkənin hava sahəsini bütün uçuşlara bağladığını söyləyib.
Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı gərginlik iki həftə əvvəl artmağa başlayıb.
Fevralın 14-də Hindistanın Paramilis konvoyunu hədəf alan bombalı hücumda 44 əsgər həlak olub və 20 əsgər yaralanmıdı.
Hindistan rəhbərliyi rəhbərliyi hücumda Pakistanı günahlandırıb. Hücumu qınayan Pakistan isə ittihamı rədd edib.
 
Hindistan hava hücumu təşkil etdi
 
Hindistan fevralın 26-da Kəşmir Nəzarət xəttinin Pakistan tərəfində yerləşən “Ceysul Məhəmməd" təşkilatının düşərgəsinin bir hava hücumu başlatdı.
Bu səhər iki ölkə arasındakı gərginlik hərbi münaqişəyə çevrilib. Pakistan hava məkanını pozan Hindistanın iki döyüş təyyarəsini vurub. Bundan əlavə, Pakistan təyyarələri də öz növbəsində Hindistanın hava məkanına daxil olub.
Hindistan mətbuatı xəbər verir ki, Hindistan ordusu Pakistanda F-16 təyyarəsini vuraraq düşürüb.
Müxalifət.az