"GUAİDO TÜRKİYƏNİ DAHA TANIMIR, ÖYRƏNƏCƏK" - Ərdoğandan sərt cavab

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NTV- Star TV-lərin birgə yayımında Venesuela mövzusuna münasibət bildirərkən, Maduroya dəstəyini təkrarlayıb.
Ərdoğan açıqlamasında bunları söyləyib:
“Bu həqiqəti görmək lazımdır. Maduro seçilmiş bir liderdir. Guaido seçilmiş bir lider deyil, o, Məclis rəhbərliyinə gəlmiş biridir. Təəssüf ki, onu oraya əyalət valisi kimi təyinat cəhdləri var.
İnsan utanar heç olmazsa. Sən seçki ilə oraya gəlməmisən. Səni biri oraya təyin edib. Sənin "mən seçilərək gəlməmişəm, mən bu vəzifəyə tiddia edə bilmərəm" deməyin lazımdır.
Deyirlər ki, "aclıq, səfalət, filan". Mən daha qısa müddət əvvəl orada idim. Elə bir şey yoxdur.
"GUAİDO TÜRKİYƏNİ DAHA TANIMIR, ÖYRƏNƏCƏK"
Guaidonun Maduroya yaxın bəzi şəxslərin Türkiyəyə qaçdığı iddiasına da cavab verən Ərdoğan bu ifadələri işlədib:
“Mənim ölkəmə Venesueladan qaçıb gələn hər hansı bir kimsə yoxdur. Aramızda ticarət əlaqələri var. Bu çərçivədə oradan şəxslər gəlir, danışıqlarını aparır. Guaido Türkiyəni tanımadığı üçün Türkiyəni qəbilə dövləti hesab edir. Bəzi şeyləri öyrənməsi lazımdır. Dövlət xadimi olmaq elə asan deyil. Ümid edirəm ki, bu prosesdə bəzi şeyləri öyrənər".
Müxalifət.az