Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü - FOTO
28-07-2019 19:19
Baxış sayı:
1928

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib. “Report” xəbər verir ki, spiker Marneuli gəncləri və ziyalıları ilə görüş keçirib. Talakvadze rayonun qayğıları və yerli sakinləri narahat edən məsələlərlə tanış olub. Görüşlərdə Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlamentin deputatları Tamaz Naveriani, Savalan Mirzəyev, Marneuli sakrebulosunun sədri Amiran Giorqadze də iştirak ediblər.