Gürcüstan Əsədə NOTA VERDİ

Baxış sayı:
4297

Gürcüstan, Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərini tanıma qərarı alan Bəşşar Əsəd rejiminə diplomatik əlaqələrin kəsilməsi notasını göndərib.
 
Gürcüstan Xarici İşlər Nazirliyinin, Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərini tanıma qərarı alan Bəşşar Əsəd rejiminə diplomatik əlaqələrin kəsilməsi istiqamətində nota göndərdiyi bildirilib.
Nazirlikdən edilən yazılı açıqlamada, "Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi notası Suriya Ərəb Respublikasının Birləşmiş Millətlər Təşkilatında və Misir Ərəb Respublikasındakı diplomatik missiyalarına 1 iyun tarixində çatdırdı". deyilib.
Əsəd rejiminin Rusiya Federasiyasının təzyiqi ilə separatçı Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliklərini tanıdığı qeyd edilən açıqlamada, "Bu, Rus hərbi təcavüzü, etnik təmizləmə və Gürcüstanın ayrılmaz əraziləri olan Abxaziya və Cənubi Osetiyanın işğalının birbaşa dəstəkləməsidir" deyə, qeyd edilib.
Müxalifət.az