Gürcüstan XİN Azərbaycan dilində təbrik yayımlayıb
28-05-2019 14:15
Baxış sayı:
4252

Gürcüstan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində Azərbaycana təbrik müraciəti yayımlanıb.
Təbrikin mətni Azərbaycan dilindədir.
“Strateji tərəfdaşımız və dostumuz Azərbaycanı Respublika Günü münasibətilə səmimiyyətlə təbrik edirik. Qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və firavanlıq diləyirik”, - təbrikdə deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan Cümhuriyyətinin yaranmasından 101 il ötür.