Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı: ölən və yaralanan var
14-06-2019 17:12
Baxış sayı:
10333

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.
Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.
Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.